Erməni jurnalist növbəti dəfə həqiqətləri etiraf etdi – VİDEObackend

Erməni jurnalist növbəti dəfə həqiqətləri etiraf etdi – VİDEO

Ermənistan Jurnalistlər Birliyinin üzvü, televiziya şərhçisi Nairi Oxikyan dövlət rəhbərlərinin illərdir çıxışları zamanı üzdə “asıb-kəsmələrinə” baxmayaraq, arxada gizlətdikləri reallıqları açıq şəkildə nümayiş etdirib. 

Belə ki, Nairi Ermənistanın 1990-cı ildə işğal etdiyi Kərki kəndi ərazisində çəkiliş edib. Reportajda jurnalist deyir ki, GPS və “Google” xəritələrində Kərki Azərbaycan ərazisi kimi göstərilir. Bəli, ermənilər bizim əzəli və əbədi torpaqlarımızı nə qədər özlərininki kimi təqdim etməyə çalışsalar da, reallığı dəyişə bilmirlər. Bunu həqiqətləri dediyinə görə həmyerliləri tərəfindən daş-qalaq edilən erməni jurnalist də etiraf edib. Nairi Oxikyanın reportajında digər bir maraqlı məqam da diqqəti cəlb edir.

Belə ki, erməni jurnalistin bildirdiyinə görə, 2019-cu ildə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi tərəfindən Eraskdan Gorusa və Ermənistan-İran sərhədinə gedən yollar təmir edilib. Maraqlısı isə budur ki, təmir zamanı Kərki kəndi ərazisinə aid olan avtomobil yoluna toxunulmayıb. Bu da onu deməyə əsas verir ki, ermənilər həmin torpaqların onların olmadıqlarını yaxşı biliblər və əmin olublar ki, torpağın sahibi bir gün mütləq geri qayıdacaq, ona görə də özləri istifadə etsələr belə, həmin yola asfalt örtüyü çəkməyiblər.

Təbii ki, zaman keçdikcə belə etirafların və faktların sayı daha çox olacaq. Özlərinin işğalçılıq siyasətlərini, başqasının torpağını mənimsəmək kimi xain xislətlərini elə özləri ifşa edəcəklər.

Ətraflı Baku TV-nin süjetində:

  •  (0)
  •  (1)