“Rəsmi şəkildə deyilib ki, azərbaycanlılar İşxanadzor (Xanlıq – red.) yaxınlığına çatıblar”.
Hokm.az Ordu.az-a istinadən xəbər verir ki, bunu öz “Facebook” səhifəsində erməni jurnalist Tatul Hakobyan yazıb.
“Bu o deməkdir ki, onlar müharibənin üç həftədən çox müddəti ərzində Cəbrayıl rayonunu – 1.050 kvadrat kilometr ərazini ələ keçiriblər. İşxanadzor isə Həkəri çayının daxili axınında keçmiş Qubadlı rayonunun başlanğıcıdır. Xəritəni aça və görə bilərsiniz”, – deyə o qeyd edib.
















