Erməni hərbçiləri Qarabağa aparmağa çalışdılar, əsgərlər qiyam qaldırdı – VİDEObackend

Erməni hərbçiləri Qarabağa aparmağa çalışdılar, əsgərlər qiyam qaldırdı – VİDEO

Dünən gecə (23 fevral) Ermənistan Respublikasının Ararat bölgəsindəki hərbi hissələrdən birində insident yaşanıb.

Hokm.az-ın “Qraparak” qəzetinə istinadən verdiyi xəbərə görə, gecə erməni əsgərləri maşınlara oturdaraq Qarabağa aparmağa çalışıblar, lakin hərbçilər müqavimət göstəriblər.

Onları avtobusa mindirmək mümkün olsa da, sonradan onlar yolun ortasında avtobusdan eniblərValideynlər və hərbçilər etiraz etmək üçün hərbi hissənin qarşısına toplaşıblar.qazet.az

  •  (0)
  •  (0)