Erməni generala qarşı şok ittiham: “Zəngilanda yoxa çıxan hərbçilər…”backend

Erməni generala qarşı şok ittiham: “Zəngilanda yoxa çıxan hərbçilər…”

Ermənistan Silahlı Qüvvələrinin döyüş hazırlığı idarəsinin rəisi, baş qərargah rəisinin müavini general-leytenant Andranik Makaryan ittiham olunub.

Hokm.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə “Joxovurd” qəzetinə Ermənistan Baş Prokurorluğundan məlumat verilib.

Məlumatda qeyd edilib ki, general Ermənistan İstintaq Komitəsinin əsas hərbi istintaq idarəsində açılmış cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində saxlanılır.

Qəzet Baş Prokurorluğa bununla bağlı cinayət işinin başlanılıb-başlanılmadığına dair sorğu göndərib. Baş Prokurorluq iş barədə digər məlumat verməkdən imtina edib, sadəcə Andarnik Markaryanın həbs olunduğunu bildirib.

Qeyd edək ki, Makaryan baş qərargah rəisi Onik Qasparyan və digər hərbi qulluqçuların Baş nazir Nikol Paşinyanın istefasını tələb edən açıqlamasına qoşulmayan dörd hərbçidən biridir. Qəzet bu həbsin digər səbəblərinin olduğunu yazıb.

Erməni mediasının yazdığına görə, Markaryan Qarabağdakı müharibənin nəticələrindən sonra açılmış cinayət işlərindən birinin onun rəhbərlik etdiyi idarənin fəaliyyəti ilə əlaqəli olması səbəbindən Baş Qərargahın bəyanatını imzalamayıb. Erməni mənbəsinin iddiasına görə, söhbət müharibədə Zəngilanda yoxa çıxan bir qrup hərbçidən gedir. Erməni mediası hərbçilərin itkin düşdüyünü, talelərinin naməlum olduğunu və bunda Markaryanın rəhbərlik etdiyi idarənin məsuliyyət daşıdığını yazıb.

Qəzetin yazdığına görə, Makaryan ümid edir ki, Qasparyan vəzifəsindən azad edildikdən sonra baş qərargah rəisi təyin ediləcək və ona qarşı açılan cinayət işi ləğv ediləcək.

  •  (0)
  •  (0)