Erməni general Xocalıda and içdi: “Torpaqların təslim edilməsinə izn verməyəcəm…”
Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “prezident”liyinə namizəd, səhra komandiri, general-mayor Vitali Balasanyan inzibati cəhətdən Xocalı rayonuna daxil olan kəndlərdə sülənən ermənilərlə görüş keçirib.
Hokm.az moderator.az-a istinadən xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, V.Balasanyan
“Xanatsax” adlandırılmış Xanyurdu, “Ayqestan” adlandırılmış Ballıca, Xnapat, Xaçen və s. kəndlərdə olub, ermənilərin problemləri ilə maraqlanıb. O, bəyan edib ki, rejimin təhlükəsizliyini təmin etməmiş onların iqtisadi, sosial problemlərinin həlli mümkün olmayacaq.
İşğalçı general erməni kəndlilər qarşısında işğal altındakı Azərbaycan ərazilərinin geri qaytarılmasına imkan verməyəcəyinə and içib.
“Birlikdə Qarabağı azad edib qorumağı bacardıq. Hərbçi olaraq sizinlə birlikdə yol keçmiş bir insan olaraq deyirəm ki, ərazilər təslim olmayacaq. Buna izn verməyəcəyəm. Sizin qarşısınızda and içə bilərəm: torpaqların təslim edilməsinə icazə verməyəcəyəm”- deyə V.Balasanyan bildirib.
















