Erməni general Türkiyənin artan gücünü etiraf etdi: “Tək qalmışıq, bizə heç kim kömək etməyəcək!”backend

Erməni general Türkiyənin artan gücünü etiraf etdi: “Tək qalmışıq, bizə heç kim kömək etməyəcək!”

Tovuzdakı qarşıdurmalar Azərbaycanla Ermənistan arasındakı münaqişənin son gərginləşməsi deyil.

Hokm.az xəbər verir ki, bunu general-mayor Arkadi Ter-Tadevosyan Ermənistanın News.am saytına müsahibəsində iyulun 12-də başlayan döyüşləri şərh edərkən bildirib.

“Bu Ermənistan-Azərbaycan münaqişəsi, iki dövlət arasında müharibə çox çətindir. İki dövlət bir-biri ilə vuruşmur – bir qrup dövlət bir qrup dövlətlə mübarizə aparır. Biz KTMT-nin bir hissəsiyik, amma onların bu işə qarışmaq fikri olmadığını gördük. Azərbaycan fərqli bir oyuna girdi, bunu türklər başladı” deyib. O, iyulun 29-da Türkiyə ilə Azərbaycan arasında başlayan birgə hərbi təlimlərə toxunaraq bu sözləri deyib.

 

Erməni generalı bildirib ki, Türkiyə İkinci Dünya Müharibəsindən bəri ən böyük hərbi əməliyyatlar keçirir.

“Baxın, Türkiyə Suriya, İraq, Liviya, Qətər, Somalidə əməliyyat aparır. Qlobal miqyasda fəaliyyət göstərir. Bu, Türkiyənin çox düşünülmüş geosiyasi bir oyunudur, mütəşəkkil sistemli bir siyasətidir. Artıq beynəlxalq ictimaiyyət bu türk oyununu qəbul etməyə hazırlaşır” deyə Ter-Tadevosyan əlavə edib.

Erməni hərbçi, həmçinin Azərbaycanla böyük müharibə vəziyyətində Rusiya və KTMT-nin köməyinə etibar etməməyi tövsiyə edib.

“KTMT bizimlə işləməyəcək, Ermənistanı qoruya bilməz. Onların hansı dövlət olduqlarını, liderlərinin kim olduğunu anladıq. Biz Rusiyanı tənqid edirik, amma ən pisi odur ki, özümüzü tənqid etmirik, səhvlərimiz barədə danışmırıq. Səhv etdik və yenə də səhv edirik. Görürsən, bir neçə gənc deputatımız “Rusiya ilə heç nə etməməliyik” deyirlər, Gümrüdəki rus hərbi bazasını çıxarmaq istəyirlər. Rusiyanın həmişə bizim üçün müsbət rol oynadığını demirəm, amma başqa dostumuz yoxdur, başa düşürsünüz? Görünən budur ki, Ermənistan tək qalıb” – deyə kədərli nəticələrə gəlib..(KONKRET.az)

  •  (0)
  •  (0)