Erməni general: “Ermənistan Müdafiə Nazirliyinin döyüşlərlə bağlı məlumatlarının 100 %-i yalan idi”backend

Erməni general: “Ermənistan Müdafiə Nazirliyinin döyüşlərlə bağlı məlumatlarının 100 %-i yalan idi”

“Müdafiə Nazirliyinin İnformasiya Mərkəzinin vəzifələrindən biri düşməni yanıltmaq idi. Ancaq bir standart var: yalan 30 %-i keçməməlidir. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatların isə 100 %-i yalan idi”.

Hokm.az Report-a istinadən xəbər verir ki, bunu Ermənistan silahlı qüvvələri Baş Qərargahının sabiq rəisi, İkinci Qarabağ müharibəsi dövründə düşmən ölkənin Müdafiə Nazirliyinin baş hərbi müfəttişi olan general-polkovnik Movses Akopyan söyləyib.

Onun sözlərinə görə, 44 günlük müharibə ərzində yayılan yalanlar Ermənistanı dərin böhrana salıb:

“Yaranmış vəziyyətə görə hələ oktyabrın 5-də Müdafiə Nazirliyinin baş hərbi müfəttişi vəzifəsindən istefa vermək qərarına gəldim, lakin döyüşlərin qızğın dövrü olduğuna görə qərarımı açıqlamadım”, – o qeyd edib.

Xatırladaq ki, ötən gün M.Akopyan Ermənistan Müdafiə Nazirliyinin baş hərbi müfəttişi vəzifəsindən istefa verib.

  •  (4)
  •  (0)