Erməni əsgər valideynləri ayağa qalxdı: “Türklərə yolları açın” – VİDEObackend

Erməni əsgər valideynləri ayağa qalxdı: “Türklərə yolları açın” – VİDEO

Ermənistanda itkin düşmüş əsgər və hərbçilərin valideynləri itkin düşən övladlarının axtarışdadırlar. Valideynlər bir yerə toplaşaraq, müxalif qüvvələrdən dayanmağı, səlahiyyətlilərdən isə türklərə yol açmalarını tələb ediblər.
“Oradakı övladlarımızdan xəbərimiz yoxdur. Vəziyyətləri necədir, yaralıdılar, bəlkə də, uşaqlarımız sağ geri qaytara bilərik. Nə baş verir? Özünüzə gəlin! Kreslo uğrunda mübarizə aparanlar, kreslo sizə qalsın!
Bu milləti hakimiyyət uğrunda apardığınız davaya qatmayın bizə övladlarımız lazımdır. Türklərə yolu açsın, qoyun, uşaqlarımızı qaytarsınlar”, – erməni əsgər atası Roman Qevorkyan bildirib.
“Əsirlərin sərbəst buraxılmamasında günah sizdədir, bütün bunlara görə cavab verəcəksiniz. Bu gün hamımız yasdayıq, Yerablurda hər gün əsgərlər dəfn olunur, heç olmasa, insan olun, hakimiyyət uğrunda mübarizəni dayandırın!”, – o vurğulayıb.
Roman Qevorkyan 20 yaşlı oğlundan oktyabrın 5-dən xəbər almadığını bildirib. Valideynlər axtarış işlərinin müxalifətin siyasi hərəkətləri səbəbindən təxirə salındığından əmindirlər.
Daha ətraflı Baku TV-nin süjetində:
  •  (9)
  •  (5)