Erməni əsgər ordu ilə bağlı ŞOK FAKTLARI AÇDI: “Güllə yoxdur, minlərlə ölü var, yemək tapmaq üçün…”backend

Erməni əsgər ordu ilə bağlı ŞOK FAKTLARI AÇDI: “Güllə yoxdur, minlərlə ölü var, yemək tapmaq üçün…”

“Onlar (Ermənistan hakimiyyəti) insanları aldadır! 18 yaşlı əsgərləri bir avtomatla cəbhəyə göndərirlər. Deyirlər ki, bağışlayın, güllə yoxdur, bağışlayın, tank yoxdur”.

Hokm.az publika.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın “Novaya Qazeta” nəşrinin Qarabağa ezam olunmuş müxbiri İlya Azara açıqlamasında Şuşadan Hadruta qaçan erməni könüllü əsgər Artur Hovhannisyan danışıb.

O etiraf edib ki, Ermənistan ordusunda vəziyyət acınacaqlıdır: “Gülləkeçirməyən jiletlər tamamilə yararsızdır. Orada heç bir şey yoxdur. Yemək gəlir, maşın yolda hər şeyi boşaldır. Yemək istəyirsənsə, “Qrad”ın atəşi altında 4 kilometr piyada getməlisən”.

Erməni əsgərin ayağındakı rezin çəkələk, başındakı qara mülki papaq müxbirlərin gözündən qaçmayıb. O, ölən dostlarını Gümrüdə basdırmaq üçün yola düşdüklərini desə də, jurnalistlər onun ölməmək üçün cəbhədən qaçdığını iddia edib.

Əsgər bildirib ki, əslən Gümrüdəndir: “Fransa vətəndaşıyam. İki həftə əvvəl oradan gəlmişəm”.

O, qondarma “Dağlıq Qarabağ”ın hərbi komandanlığından və Ermənistan rəhbərliyindən açıq şəkildə narazılığını dilə gətirib: “Dünən Hadrutda idik. Zabitlər gəldi və komandirin mühakimə olunacağını söylədi. Gecə bütün gəncləri topladı və onlara getmələrini əmr etdi. Dedi ki, bunlar lap cavan uşaqdırlar, on gündür orduya çağırılıblar və dərhal onlara silah verilib. Aviasiya və artilleriyaya qarşı avtomatla nə edə bilərik? Mən orada diri meyit kimiyəm. Rəsmi açıqlamada 200 itki verdiyimiz açıqlanır. 200 nəfər elə mənim gözümün qabağında ölüb. Minlərlə ölü var! Bizə Cəbrayıla doğru hərəkət etməyimizi əmr edirlər. Amma Cəbrayıl artıq bizdə deyil”.

Erməni əsgər jurnalistlərə bu sözləri etiraf edib: “Bu müharibəyə baxdıqdan sonra işğal etdiyimiz torpaqların əsl sahibinin – Azərbaycanın olacağını anladım. Azərbaycanlılar Laçını geri almaq istəyirlər, amma o qədər əmin hücum edirlər ki, onlar Ermənistana da gedib çıxa bilərlər”.

Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyi “Novoya Qazeta”nın Dağlıq Qarabağa ezam olunmuş müxbiri İlya Azarın akkreditasiyasını ləğv edib. Bu barədə jurnalist öz feysbuk səhifəsində məlumat verib. Ona akkreditasiyasının hansı səbəbdən ləğv olunduğu deyilməsə də, buna ötən gün Şuşa və Laçınla bağlı hazırladığı reportajın səbəb olduğu ehtimal edilir. Belə ki, qəzetin yayımladığı məqalə Ermənistan rəhbərliyinin xoşuna gəlməyib. “Baxmayaraq ki, Ermənistan XİN digər jurnalistlər kimi mənə də Qarabağda işləmək üçün xüsusi akkreditasiya verib, rəsmi olaraq, mənim Qarabağa akkreditasiyasız daxil olmağım əsas gətirilir. İddia edilir ki, guya artıq Dağlıq Qarabağa girişlə bağlı akkreditasiya proseduru dəyişdirilib (mən Qarabağda olanda sərhədçilər sorğu-sualsız buraxırdılar) və mənə bununla bağlı mail göndərilib”, – deyə jurnalist yazıb.

  •  (0)
  •  (0)