“Erməni diplomatlar da Paşinyanı “ayaq yalayan” adlandırmağa başlayıblar” – Tural İsmayılovbackend

“Erməni diplomatlar da Paşinyanı “ayaq yalayan” adlandırmağa başlayıblar” – Tural İsmayılov

Paşinyana qarşı ilk günlərdən ən kəskin mövqedə duran Ermənistanın Vatikandakı keçmiş səfiri, Sarkisyanın kürəkəni Mikael Minasyan Paşinyanı ayyaqabı yalayan məxluq kimi dəyərləndirərək, ölkələrinin baş nazirini növbəti dəfə təhqir edib.

STM-in Mətbuat Xidməti rəhbərinin müavini, politoloq Tural İsmayıov açıqlamasında qeyd edib ki, Minasyan ölkədəki anti-Paşinyan hərəkatın ən önəmli “siması” halına gəlməyə davam edir.:

“Heç şübhəsiz ki, qaynatası Serjin iki gün əvvəlki sayıqlamaları fonunda iki mafioz qohumun aktivliyi şübhə doğurmur. Minasyan İtaliya mafiyası ilə də sıx əlaqələrə malikdir və Sarkisyan iqtidarı dövründə ölkənin gəlirlərinin xarici banklara daşınmağında əsas aktor rolunu oynayıb.

Minasyan Afinada Türkiyənin qlobal güc halına gəlməyindən narahat olanların təşkil etdiyi konfransa niyə ermənilərin qatılmamağı sual edir və bu qənaətə gəlir ki, Paşinyan Türkiyəni qıcıqlandırmamaq üçün və qorxaq olduğu üşün Yunanıstan gələn dəvəti qəbul etməyib.

Əslində hazırda düşmən ölkədə böyük bir rəqabət paradoksu var: belə ki, bir tərəfdən Paşinyanın hakimiyyətdən getməyi üçün Qarabağ klanı və “köhnə qvardiya” güclü şəkildə fəaliyyət aparır, digər tərəfdən müharibədən sonra darmadağın olan dövlət büdcəsini bərpa etmək üçün heç kim önə durmaq istəmir”.

Politoloq bildirir ki, hadisələrin fonunda Ermənistanda iqtidar tamamilə gözdən salınır, müxalifət isə iqtidar olmaq üçün cəsur deyil və höküməti ələ keçirmək istəmir:

“Bu cür siyasi xaos mühiti tarixdə az-az ölkələrdə olub, nəticədə isə həmin ölkələr dövlət olaraq tarix səhnəsindən silinib.”

Hokm.az

 

  •  (0)
  •  (0)