Əri tərəfindən öldürülən qadının FOTOsubackend

Əri tərəfindən öldürülən qadının FOTOsu

Abşeronda baş vermiş qətlin bəzi təfərrüatları məlumat olub.

Hokm.az modern.az-a istinadən xəbər verir ki, dünən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində 1988-ci il təvəllüdlü Rimma Tarıverdiyeva yaşadığı evdə amansızlıqla qətlə yetirilib. Hadisəni onun həyat yoldaşı 1984-cü il təvəllüdlü Qaçay Şahməmmədov törədib.

Məlumata görə, qətl hadisəsi qısqanclıq zəminində baş verib. Belə ki, arvadının ona xəyanət etməsindən şübhələnən ər onu öldürmək qərarına gəlib.

Q.Şahməmmədov gecə saatlarında arvadı ilə mübahisə edib, daha sonra bıçaqla ona çoxsaylı xəsarətlər yetirərək öldürüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qaçay Şahməmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  •  (1)
  •  (0)