Əri qısqandığı üçün əlini kəsdi, o isə erotik fotosessiyaya çəkildi – FOTOLARbackend

Əri qısqandığı üçün əlini kəsdi, o isə erotik fotosessiyaya çəkildi – FOTOLAR

Marqarita Qraçeva adı 2017-ci ilin dekabrında gündəmə gəlib. “Qafqazinfo” xəbər verir ki, həmin vaxt qısqanc əri onun meşəyə apararaq, baltayla əllərini kəsib. 

Hazırda cani ər həbsxanadadır. Onun qurbanı isə yenidən yaşamağı və öz bədənini olduğu kimi qəbul etməyi öyrənir. Məhz buna görə rusiyalı Marqarita bu yaxınlarda erotik fotosessiyaya çəkilib.

Qeyd edək ki, Marqaritanın əri arvadının əllərini kəsərək bu yolla ona kiminlə xəyanət etdiyini öyrənmək istəyib. Cavab ala bilmədiyi üçün işgəncəni dayandırıb və əlini kəsdiyi Marqaritanı xəstəxanaya aparıb.

Sağ qolunun bir hissəsindən məhrum olan Marqarita indi protezlə gəzir. Onun sol qolunu isə həkimlər xilas edə bilib.

Maraqlıdır ki, Marqarita erotik şəkilləri əvvəllər özü üçün çəkib. Lakin sonradan fotoları sosial şəbəkədə paylaşaraq, bu yolla evdə işgəncələrə məruz qalan qadınlara dəstək olmağa çalışıb.





Hokm.az

  •  (0)
  •  (0)