Ərəblər bu xanımı kosmosa göndərir – FOTObackend

Ərəblər bu xanımı kosmosa göndərir – FOTO

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilk ərəb qadın kosmonavtın seçildiyini elan edib.

Hokm.az xəbər verir ki, bu barədə BƏƏ-nin baş nazir müavini, Dubay əmiri Şeyxi Məhəmməd ibn Rəşid əl-Maktum “Twitter” hesabından paylaşım edib.

“Astronavt yetişdirmə proqramına Birləşmiş Ərəb Əmirliklərindən 4 min nəfər müraciət etmişdi. Onlardan ikisi seçildi. İlk qadın ərəb kosmonavtı Nora əl-Matruşi və Məhəmməd əl-Mulla Birləşmiş Ərəb Əmirliklərinin astronavt namizədləri oldu. Onlar yaxınlarda Amerika Birləşmiş Ştatlarının NASA Astronavt Proqramında təlim keçməyə başlayacaqlar” – Rəşid əl-Maktum bildirib.

Yerli medianın yazdığına görə, Nora əl-Matruşi 27 yaşındadır və Birləşmiş Ərəb Əmirlikləri Universitetinin Mexanika Mühəndisliyi fakültəsinin məzunudur.

Qeyd edək ki, BƏƏ 2021-ci ilin fevralında Marsa göndərdiyi “Hope” (Ümid) peykinin orbitə uğurlu yerləşdirməsiylə bunu edə bilən ilk ərəb ölkəsi olub.Publika.az

  •  (0)
  •  (0)