Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın Kiyevə rəsmi səfərə gəlib.
Səfər zamanı onu Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal və digər rəsmi şəxslər müşayiət edib.
Kalın sərəfi çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski və Ukrayna Prezident Administrasiyasının rəhbəri Andriy Yermakla görüşüb.
Daha sonra Türkiyə prezidentinin sözçüsü ölkəsinin Kiyevdəki səfirliyində Türkiyə vətəndaşları və Krım Tatar türkləri ilə bərabər iftar süfrəsində iştirak edib.