Ərdoğandan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMAbackend

Ərdoğandan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

əngəzur dəhlizinin açılması siyasi bir məsələdir.

Hokm.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanın koridorun açılmasının əlehyinə olmasına münasibət bildirərkən deyib.

ABŞ-a səfər öncəsi jurnalistlərin suallarını cavablandıran Türkiyə lideri qeyd edib ki, Paşinyanın bir tərəfdən bunu deyib, digər tərəfdən də mənlə görüşmək istəməsi hər halda düşündürücüdür: “Əgər Tayyib Ərdoğanla görüşmək istəyirsənsə, burada bəlli addımların atılması lazımdır.

Gürcüstan Baş naziri Ermənistan baş nazirinin görüş keçirilməsi ilə bağlı təklifini mənə çatdırdı. Ancaq bunun üçün Ermənistanın müsbət addımlar atması lazımdır. Bu görüş baş tutarsa, diplomatik münsibətlərə başlaya bilərik. Diplomatik əlaqələr başladığı zaman burada bir şeylərin alınıb-verilməsi lazımdır. Ümid edirəm ki, dəhlizlərin açılması ilə Azərbaycanla Ermənistan arasındakı bu problem aradan qaldırılacaq”.Publika.az

  •  (0)
  •  (0)