Ərdoğandan Sezen Aksuya cavab – VİDEObackend

Ərdoğandan Sezen Aksuya cavab – VİDEO

Sözlərim Sezen Aksuya aid deyildi. Aksu türk sənət musiqisinin mühüm sənətçilərindən biridir. Mahnıları ilə insanların duyğularını ifadə edir. Bu, başqa bir məsələdir, kənara qoyaq. Digər tərəfdən, ölkənin Prezidenti olaraq kim olursa-olsun, dini dəyərlərə toxunulmasına icazə vermirəm. 

Hokm.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV kanalına müsahibəsində deyib.

Ərdoğan bildirib ki, xalqın müqəddəslərinə həssas yanaşır:

“Həzrəti Adəmə uzanan dilləri qoparmaq bizim borcumuzdur. “Dilini qoparmaq” ifadəsini 1 nəfərə yox, müqəddəslərə söz söyləyən hamıya demişəm. Bu, bir mövqe, hörmət, qəbul, birlikdə yaşamaq təcrübəsi kimi qəbul edilməlidir. Bir-birimizə, inanclarımıza, dəyərlərimizə nə vaxt hörmət edəcəyik? Bu hörməti ortaya qoymağa məcburuq”.

Qeyd edək ki, Türkiyə Prezidenti Sezen Aksunun “Şahane bir şey yaşamak” mahnısında “Selam söyleyin o cahil Havva ile Ademe” misralarından sonra açıqlama vermişdi. Ərdoğan qeyd etmişdi ki, Həzrəti Adəmə və Həvvaya dil uzadanlara həddini bildirmək lazımdır.Publika.az

 

  •  (0)
  •  (0)