Ərdoğandan Naxçıvan-İğdır qaz boru kəməri ilə bağlı QƏRARbackend

Ərdoğandan Naxçıvan-İğdır qaz boru kəməri ilə bağlı QƏRAR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan-İğdır qaz boru kəməri layihəsinin həyata keçirilməsi üçün zəruri addımların atılması barədə qərar imzalayıb.

Hokm.az xəbər verir ki, bu barədə “Resmi Gazete” məlumat yayıb.

Qeyd edək ki, dekabrın 15-də Ankarada Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb. Energetika Nazirliyindən verilən məlumata görə, sənədi Azərbaycan tərəfindən energetika naziri Pərviz Şahbazov, Türkiyə tərəfdən isə energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıb.

  •  (1)
  •  (0)