Ərdoğandan KRIM AÇIQLAMASI: “Ukrayna haqlıdır…”backend

Ərdoğandan KRIM AÇIQLAMASI: “Ukrayna haqlıdır…”

“Qara dənizin sülh, sabitlik və əməkdaşlığı gücləndirəcək dəniz olması əsas hədəfimizdir”.

Hokm.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenski ilə təkbətək və heyətlərarası görüşdən sonra keçirilən birgə mətbuat konfransında çıxışı zamanı deyib.

Türkiyə lideri bildirib ki, Ukraynanın dünya ictimaiyyətinin diqqətini Krım mövzusuna çəkməkdə haqlıdır.

Ukraynanın Donbas və Krımla bağlı problemlərinə toxunan Türkiyə lideri bildirib ki, mövcud böhranın bu ölkənin vahidliyi, beynəlxalq hüquq normaları və diplomatik üsullar çərçivəsində həll edilməsinin zəruriliyinə inanır.publika.az

  •  (1)
  •  (0)