Ərdoğandan Kılıçdaroğluna ağır sözlərbackend

Ərdoğandan Kılıçdaroğluna ağır sözlər

Utanmadan 13 şəhidimiz haqda “bunun cavabdehi Prezidentimizdir” deyirsən. Necə üzsüz, tərbiyəsiz insansan?!

Hokm.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu haqda danışarkən deyib.

“Terrorçularla əl-ələ, qol-qola Ankaradan İstanbula kimi gəzə bilərsən. Ancaq bu ölkədə terror problemini kökdən həll edənə qədər mübarizəmizi davam etdirəcəyik. Sən də tribunalardan müşahidə et!

Bu cənnət vətəni canımız bahasına FETÖ-çu xainlərə də, PKK-lı qatillərə də, İŞİD cinayətkarlarına da təslim etmədik, etmərik”, – Ərdoğan əlavə edib.

  •  (0)
  •  (1)