Ərdoğandan Bakıda MÖHTƏŞƏM ÇIXIŞ – Azərbaycan Əliyevin liderliyi altında dastan yazmağa davam edəcəkbackend

Ərdoğandan Bakıda MÖHTƏŞƏM ÇIXIŞ – Azərbaycan Əliyevin liderliyi altında dastan yazmağa davam edəcək

Azərbaycan Əliyevin liderliyi altında dastan yazmağa davam edəcək.

Hokm.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsinə həsr olunmuş Zəfər paradında çıxışı zamanı deyib.

“Azərbaycanın torpaqlarını işğaldan azad etməsi mübarizənin bitdiyi anlamına gəlmir. Savaş hüququ ağır ölçüdə pozulub, insanlıq qüruru ayaq altına alınıb. Hər məcrada bunun hesabatını soruşmaq bizim boynumuzun borcudur”.

Ərdoğan qeyd edib ki, erməni hökuməti xalqın qaynaqlarını Azərbaycanın torpaqlarını işğal altında saxlaya bilmək üçün xərcləyib: “Dağlıq Qarabağa qətliam, dağıntı, göz yaşından başqa bir şey gətirməyənlər artıq ağlını başına toplamalıdır”.

Türkiyə Prezidenti “Laçın” şərqisindən sətirlər də səsləndirib:

Araz axar lil ilə,

Dəstə-dəstə gül ilə

Ay Laçın, can Laçın

Mən sənə qurban Laçın…

  •  (0)
  •  (0)