Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Donald Tramp arasında telefon danışığı olub.
Söhbət zamanı ikitərəfli münasibətlər və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Danışıqlar əsnasında R.T.Ərdoğan Rusiyadan almaq niyyətində olduqları “S-400” raket sistemlərilə bağlı ortaq işçi qrupu yaratmaq təklifini təkrar irəli sürüb.
Həmçinin Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəxrəddin Altuna görə, tərəflər Yaponiyada keçiriləcək G-20 zirvə görüşündə də təkrar görüşmək barədə razılaşıblar. (report)
Hokm.az
















