Ərdoğan Türkiyənin niyə Rusiyadan S-400-lər aldığını izah etdibackend

Ərdoğan Türkiyənin niyə Rusiyadan S-400-lər aldığını izah etdi

“ABŞ “Patriot” komplekslərini satsaydı, Türkiyə Rusiyadan S-400 hava müdafiə sistemlərini almazdı”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri həmçinin Rusiyanın hava hücumundan müdafiə sistemlərinin alınmasının ABŞ-la münasibətlərinə təsirlərindən də danışıb.

“Düşünürəm ki, buna dəyərdi… İstədiyimiz kimi müdafiəmizi gücləndirmək haqqımız var”, – deyə Ərdoğan vurğulayıb.

Eyni zamanda o, rəsmi Vaşinqton ilə münasibətləri qorumağın və gücləndirməyin lehinə olduğunu açıqlayıb.oxu.az

  •  (0)
  •  (0)