Ərdoğan: “”Taliban” liderlərini qəbul edə bilərik”backend

Ərdoğan: “”Taliban” liderlərini qəbul edə bilərik”

“”Taliban” liderlərinin təmkinli və mülayim açıqlamalarını məmuniyyətlə qarşılayırıq”

Hokm.az Publika.az-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, əfqan xalqının dincliyi, bu ölkədə yaşayan Türkiyə vətəndaşlarının təhlükəsizliyi və ölkəsinin maraqlarının qorunması nöqtəsində hər cür iş birliyinə hazırdırlar:

“Əfqanıstandakı əsgərlərimiz heç vaxt döyüş gücü olaraq xidmət etməyib. Oradakı əsgərlərimizi heç vaxt xarici bir güc olaraq görməmişik və istifadə etməmişik.

Türkiyənin Əfqanıstanda hərbi mövcudluğu yeni rəhbərliyin beynəlxalq aləmdə əlini gücləndirəcək və işini asanlaşdıracaq.

Hakimiyyətdə kim olursa olsun, yaxşı və pis günündə Əfqanıstanın yanında olmaq həm sədaqətin, həm də qardaşlığımızın tələbidir.

Taliban rəhəbərlərini qəbul edə biləcəyimizi daha öncə də söyləmişik. Fikirlərimizi bu gün də müdafiə edirik”.

  •  (0)
  •  (0)