Ərdoğan Putinlə apardığı Qarabağ müzakirəsindən DANIŞDIbackend

Ərdoğan Putinlə apardığı Qarabağ müzakirəsindən DANIŞDI

“Rusiya Prezidenti Vladimir Putinlə görüşümüzün əsas mövzusu regional məsələlər oldu. Suriya, Liviya və Əfqanıstandakı vəziyyəti dəyərləndirdik”.

Hokm.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, görüşdə Qarabağ məsələsinin də müzakirə edildiyini vurğulayıb: “Qarabağ məsələsini da geniş şəkildə müzakirə etdik. Birgə atılması mümkün olan addımlar barədə səmimi fikir mübadiləsi apardıq”.

Ərdoğan həmçinin bildirib ki, Rusiya Prezidenti Vladimir Putin bölgədə altılıq formatında əməkdaşlıq platformasının yaradılmasını dəstəkləyir: “Vladimir Putin onsuzda bu məsələyə hər zaman hazırdır”.

Qeyd edək ki, altılıq formatı Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, İran və Ermənistan arasında əməkdaşlq platformasının yaradılmasını nəzərdə tutur. Redaktor.az

  •  (1)
  •  (0)