Ərdoğan NATO sammitində Ermənistanın mina xəritələrini Azərbaycana verməməsi məsələsini qaldıracaqbackend

Ərdoğan NATO sammitində Ermənistanın mina xəritələrini Azərbaycana verməməsi məsələsini qaldıracaq

“Biz NATO-ya üzv ölkələrin liderlərinin zirvə görüşü çərçivəsində keçirəcəyimiz görüşlərdə Ermənistanla bağlı müzakirələrdə mina məsələsini də gündəmə gətirəcəyik”.

Hokm.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan cümə namazından sonra Ermənistanın mina xəritələrini Azərbaycana verməməsi ilə bağlı sualı cavablandırarkən deyib.

“Təbii ki, mina məsələsi ilə bağlı əlaqəli şəxsləri dəstək göstərməyə və bu problemin həlli üçün kömək etməyə çağıracağıq”, – o bildirib.

  •  (0)
  •  (0)