Ərdoğan İsveç və Finlandiyadakı səfirləri dəyişdibackend

Ərdoğan İsveç və Finlandiyadakı səfirləri dəyişdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin İsveç və Finlandiyadakı səfirlərini dəyişib.

Hokm.az xəbər verir ki, bu barədə məlumat “Rezmi Gazete”də yayımlanıb.

Deniz Çakar Türkiyənin Finlandiyadakı, Can Tezel isə İsveçdəki səfiri təyin olunub.

Ümumilikdə isə Ərdoğan 25 ölkəyə yeni səfir təyin edib.

Xatırladaq ki, Finlandiya və İsveç Ukraynada baş verən hadisələr fonunda mayın 18-i NATO-ya üzv olmaqla bağlı müraciətlərini Alyansın Baş katibinə təqdim ediblər. Türkiyə isə, öz növbəsində hər iki ölkənin NATO-ya üzv olmasına müsbət yanaşmadığını qeyd edib.

  •  (0)
  •  (0)