Ərdoğan: “Hamı sadəcə zarafat edir, heç kim iş görmür”backend

Ərdoğan: “Hamı sadəcə zarafat edir, heç kim iş görmür”

NATO indi öz mövqeyini müəyyənləşdirməli və konkret mövqeyini ortaya qoyub nə etmək istəyirsə, onu etməlidir.

Hokm.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika ölkələrinə səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

 

Ərdoğan jurnalistin “NATO sammitinə görə səfərinizin üçüncü mərhələsini təxirə saldınız. Bu NATO Sammitindən gözləntiləriniz nədir?” sualına cavab olaraq bunları deyib: “Hazırda təbii ki, heç kim Rusiya ilə liderlər çərçivəsində ciddi görüş performansı sərgiləməyib. Budur, bilirsiniz, Makron Moskvaya gəldi, mənzərə aydındır. Şolts onun arxasınca gəldi, o şəkil də oradadır. Hadisəni dövlət və ya institusional əsasda nəzərdən keçirsək, hazırda yalnız NATO qalır. Bu videokonfrans sammiti ilə NATO indi öz mövqeyini müəyyənləşdirməli və nə etmək istəyirsə onu etməlidir”.

Ərdoğan daha sonra əlavə edib ki, bildiyiniz kimi, indiyədək Ukraynaya əsgər göndərmək kimi ciddi bir vəziyyətlə üzləşməmişik: “Hamı sadəcə zarafat edir, heç kim iş görmür. Belə bir vəziyyət var. Buna görə də Rusiya indi sərhəddə xeyli sayda əsgər toplayıb. Təbii ki, bu şəkil qarşısında hansı nəticənin ola biləcəyini təxmin etmək üçün peyğəmbər olmağa ehtiyac yoxdur. Bu baxımdan, görək NATO-ya üzv olan ölkələrin liderləri bu videokonfransda nə deyəcəklər. Təbii ki, onların deyəcəklərinə görə nə deyəcəyimizi müəyyənləşdirəcəyik və mövqeyimizi ortaya qoyacağıq”.olke.az

  •  (0)
  •  (0)