Ərdoğan Füzuli aeroportunun açılışında çıxış edəcəkbackend

Ərdoğan Füzuli aeroportunun açılışında çıxış edəcək

Azərbaycan işğaldan azad olunan ərazilərində həyata keçirilən ilk böyük layihənin açılışına günləri sayır. Füzuli Beynəlxalq Hava Limanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılacaq.

Hokm.az xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb.

Bildirilib ki, işğaldan azad olunan Füzuli şəhərində türk və azərbaycanlı mühəndislərin ortaq fəaliyyətləri ilə hava limanı inşa olunub: “Yanvarın 14-də təməli qoyulan hava limanında 3000 metr uzunluğunda və 60 metr enində uçuş-enmə zolağı istifadəyə verilib. Bakı ilə Füzuli arasında sərnişin və yük daşımaları yarım saat ərzində həyata keçiriləcək.

İlk rəsmi qarşılanma mərasimi Ərdoğan üçün düzənlənəcək. Prezident Rəcəb Tayyib Ərdoğan işğaldan azad olunan torpraqlara ilk rəsmi səfər gerçəkləşdirən dövlət başçısı olub. Füzuli Beynəlxalq Hava Limanı oktyabrın 26-da Ərdoğanın iştirakı ilə keçiriləcək tədbirlə istifadəyə veriləcək”.

Bildirilib ki, R.T.Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində çıxış edəcək.Publika.az

  •  (1)
  •  (0)