Ərdoğan: “Can Azərbaycanda həqiqətən qürurverici bir gün keçirdik”backend

Ərdoğan: “Can Azərbaycanda həqiqətən qürurverici bir gün keçirdik”

“Dəyərli qardaşım Prezident İlham Əliyevin dəvəti ilə etdiyimiz səfəri uğurla başa vurduq. Can Azərbaycanda həqiqətən qürurverici bir gün keçirdik. Azərbaycanlı gənclərimizin həyəcanı, həvəsi, orada gördüyümüz mənzərə bizi çox-çox sevindirdi”.

Hokm.az xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərinin yekunları ilə bağlı danışarkən deyib.

“Bir millət, iki dövlət” şüarı ilə Bakıda “Bir festival”ın yeni ənənəsinə başlamaq bizi həyəcanlandırdı. Görürəm ki, buna indi digər türk dövlətlərindən də oxşar çağırış gələcək. Beləliklə, biz Azərbaycanın 28 May Müstəqillik Gününü möhtəşəm bir hadisə ilə taclandırdıq. Türkiyə xaricində ilk dəfə Can Azərbaycanda təşkil edilən TEKNOFEST-in təqdim etdiyi texnologiya ziyafətinin bütün iştirakçıların könlünü fəth etdiyini gördük”, – Ərdoğan əlavə edib.“Report”

  •  (0)
  •  (0)