“Ər-arvad arasında olan halal münasibətdən uzaq qalmaq…” – Elşad Miri orucluqla bağlı səhv bilinənlərdən DANIŞDIbackend

“Ər-arvad arasında olan halal münasibətdən uzaq qalmaq…” – Elşad Miri orucluqla bağlı səhv bilinənlərdən DANIŞDI

“Oruc tutmaq guya kasıb və ya ac olan insanların aclığını başa düşmək, dərk etmək kimi təqdim olunur. Amma Qurani-Kərimdə Allah bunumu deyir? Əgər elədirsə, o zaman Allah orucu varlı insanlara tutmağı əmr edərdi. Kasıblar niyə oruc tuturlar? Yaxud ac olan insanlar oruc tutmamalıdırmı?”
Hokm.az-ın məlumatına görə, bunu ilahiyyatçı Elşad Miri deyib. O bildirib ki, yaranan bu suallar Qurandan xəbərsiz olmağın nəticəsidir:
“Bəqərə surəsinin 183-cü ayəsində bu sualların cavabları verilsə də, biz qulaqdandolma bəzi məlumatlara daha rahat inanırıq. Hansısa hacı, məşədi, kərbalayı bunları dedikləri zaman sanki onları Allahın yer üzərindəki nümayəndəsi kimi qəbul edirik, din anlayışını belə formalaşdırırq. Bu, din deyil.
Biz orucu ancaq ac qalmaq, susuz qalmaq, ər-arvad arasında olan halal münasibətdən uzaq qalmaq kimi qəbul edirik. Amma oruc bizə məsuliyyət şüuru aşılayır. Burada qazandıqlarımızı, vərdiş halına gətirdiklərimizi  başqa aylarda da eyni şəkildə davam etdirə bilərik”.
E.Miri oruc tutmağın əsl səbəbindən də söz açıb:
“Qeyd etdiyim surədə bildirib ki, oruc hər kəsə fərz edilib. Nə üçün? Ümid edilir ki, təqva sahibi olasınız, yəni daha məsuliyyətli, həssas, nəzakətli olasınız.  Qüsurlardan, yanlışlardan özünüzü daha çox çəkindirəsiniz. Ümumiyyətlə , Ramazan ayını sadəcə  müəyyən vaxtlarda yeyib içmək anlayışı olaraq qəbul etmək olmaz, o nemətləri həm də dərk etmək lazımdır”.Sfera.az
  •  (0)
  •  (0)