“Ən effektiv antiböhran idarəçiliyini Azərbaycan həyata keçirdi”backend

“Ən effektiv antiböhran idarəçiliyini Azərbaycan həyata keçirdi”

Ən effektiv antiböhran idarəçiliyini Azərbaycan həyata keçirdi.

Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavini, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu koronavirus pandemiyası dövründə Azərbaycanda həyata keçirilən sosial tədbirlər barədə fikrini bölüşərkən söyləyib.

O bildirib ki, ölkəmizdə vəziyyətin nərazət altına alınmasını şərtləndirən həlledici amil dövlətin vaxtında çevik reaksiyası oldu.

Böhran vəziyyətlərində fəaliyyət planlarına malik olan dövlətlərin belə pandemiya zamanı effektiv tədbirlər görə bilmədiyinin şahidi olduq.

Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınması üçün bütün tədbirlər özünün qabaqlayıcı xarakteri ilə səciyyələnir. Ölkə Prezidentinin koronavirusla mübarizə strategiyasının hazırlanmasının və həyata keçirilməsinin koordinasiyasını birbaşa öz üzərinə götürməsi ən həlledici məqam oldu.

Azərbaycanda koronavirusla mübarizə strategiyasının unikal tərəflərindən biri də onun ideoloji əsaslı olmasıdır. Bu ideoloji əsası da Prezident İlham Əliyev yaratdı. Prezidentin “Biz birlikdə güclüyük” şüarına söykənilərək bütün istiqamətlərdə görülən tədbirlər qısa zamanda öz müsbət təsirlərini göstərdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirusla mübarizə çərçivəsində həyata keçirilən çoxistiqamətli tədbirlər bir daha onu təsdiq etdi ki, vətəndaşlarımızın təhlükəsizliyi dövlətimizin başçısı üçün hər şeyin fövqündə dayanır.

Təbii ki, bütün bunlarla yanaşı, Azərbaycan həm də ÜST-lə yaxından əməkdaşlıq fonunda onun təlimatlarına dəqiqliklə əməl edilməsini diqqətdə saxladı. Virusa qarşı effektiv mübarizənin təmin olunması üçün bütün zəruri tədbirlərin görülməsi istiqamətində ÜST ekspertlərinin məsləhətlərinə Azərbaycan dövləti böyük həssaslıqla yanaşdı. Virusun yayılmasını əngəlləmək üçün ÜST-dən ən müasir laboratoriya dəstlərini alan ilk 17 ölkədən biri Azərbaycan oldu.

Dünya dövlətlərinin əksəriyyətindən fərqli olaraq, ölkəmizdə epidemiya dövründə dövlət idarəçiliyində sosial məsuliyyət, milli həmrəyliyin gücləndirilməsi, xalqın mental dəyərlərinə söykənmək başlıca prinsiplər kimi əldə rəhbər tutuldu. Bu da vətəndaşların dövlətə, Prezidentə olan yüksək etimadını daha da gücləndirdi.

Dövlət dünya iqtisadi sisteminin böhran yaşadığı bir vaxtda ölkəmizdə iqtisadi inkişafın davamlılığı və məşğulluq məsələlərini də diqqət kənarda qoymadı. Bu, postepidemiya dövründə ölkə iqtisadiyyatına dəymiş zərərin aradan qaldırılması üçün ilkin bazisin yaranmasına imkan verir. Təbii ki, bütün bunlar da vətəndaşın sosial-iqtisadi rifahına xidmət edəcək addımların atılmasını şərtləndirəcək.

Millət vəkili xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı danışarkən bildirib ki, təhlükə hələ sovuşmayıb.

“Vətəndaşlar tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə uyğun hərəkət etməli, ciddi zərurət olmadığı təqdirdə evlərini tərk etməməlidirlər. Milli məsələlər ətrafında həmrəy olsaq, ən çətin sınaqlardan üzüağ çıxa biləcəyik”.Milli.az

  •  (0)
  •  (1)