Ən bahalı boşanmadan sonra kraliçadan da varlı oldu… – FOTOlarbackend

Ən bahalı boşanmadan sonra kraliçadan da varlı oldu… – FOTOlar

İngiltərənin keçmiş gözəllik kraliçası Kirsti Bertarelli 21 illik həyat yoldaşı, isveçrəli iş adamı Ernesto Bertarellidən boşanıb.

O, boşanarkən 400 milyon funt-sterlinq təzminat almaqla, Kraliça Elizabetdən daha zəngin olub.

Hokm.az azerbaycan24.com-a istinadən xəbər verir ki, 1988-ci ildə İngiltərə gözəli seçildikdən sonra Dünya Gözəllik Yarışmasında ikinci olan Kirsti son günlər boşanması ilə yanaşı, əldə etdiyi rekord təzminatla gündəmə gəlib. Bu boşanma 50 yaşlı model və müğənnini İngiltərənin ən zənginlərindən birinə çevirib. O, həm də İngiltərə tarixinin ən yüksək boşanma təzminatı alan şəxsi olub.

21 illik evliliklərini bu il bitirən cütlüyün boşanma xəbəri yay aylarında ortaya çıxıb. Onlar boşanma qərarını birlikdə alıblar.

Bertarellilər “Sunday Times”ın ən varlılar siyahısında 9,2 milyard funt-sterlinq sərvətləri ilə 14-cü sırada qərarlaşmışdılar. Bu sərvət Baham adaları, Bruney, Ermənistan kimi ölkələrin ÜDM-dən daha çoxdur.

Keçmiş gözəllik kraliçası nağd pul təzminatı ilə yanaşı, İsveçrədə bu il 52 milyon funt-sterlinqə alınan lüks evi və İsveçrənin Qstad xizəkçilik mərkəzində 8 milyon sterlinq dəyərində bir evi də əldə edib.

İngiltərə mətbuatı Kirsti Bertarellinin hazırda Kraliça Elizabetdən daha zəngin olduğunu yazıb. Belə ki, Kraliçanın şəxsi sərvəti 365 milyon funt-sterlinqdir.

Kirsti hazırda Mik Cager (310 milyon funt sterlinq), Ed Şeran (220 milyon funt-sterlinq) və Adeldən (140 milyon funt-sterlinq) daha zəngindir.

Onu daha əvvəl Şahzadə Çarlz və Paul Makkartninin boşanma işlərinə baxan Baronessa Fiona Şakleton müdafiə edib.

Cütlüyün 2000-ci ildə evlənməmişdən əvvəl evlilik müqaviləsi  bağladığı bildirilir.

56 yaşlı biotexnologiya sahibkarı ilə 1988-ci ilin İngiltərə gözəli Sardiniyada bir axşam yeməyində tanış olub. Yaxtaçılıqla maraqlanan Ernesto arvadı Kristiyə 40 yaşı tamam olanda 100 milyon funt-sterlinq dəyərində yaxta hədiyyə edib.

Kirsti Bertarelli gözəllik yarışmalarından sonra tanınmış pop müğənnisinə və mahnı müəllifinə çevrilib. Onun “Black coffee” mahnısı 2000-ci ildə dünyada hit olub.

  •  (0)
  •  (0)