Emin Ağalarov Zaranın Bakıya gəlməsi haqda danışdı – AÇIQLAMAbackend

Emin Ağalarov Zaranın Bakıya gəlməsi haqda danışdı – AÇIQLAMA

“Jara” festivalının təşkilatçısı Emin Ağalarov Rusiyanın əməkdar artisti Zaranın Bakıya gəlməyi məsələsinə münasibət bildirib.
Hokm.az AZXEBER.COM-a istinadən xəbər verir ki, Emin festivalın açılışı münasibətilə təşkil olunan mətbuat konfransında bildirib ki, buna münasibəti çox sadədir:
“Zara kürddür. Bu işdə neqativ görənlərin öz fikri var. Mən hamının fikrinə hörmət edirəm. Ancaq musiqi festivalı müsbət emosiya deməkdir. Mən bunun belə olmasını və pozitivliyin qorunub-saxlanmasını istəyirəm”.
Qeyd edək ki, sosial şəbəkələrdə Zaranın erməni əsilli olması və Bakıya gəlişinin doğru hesab edilməməsi haqda fikirlər səslənirdi. Təşkilatçılar isə Zaranın Bakıya gələcəyini deyib.
  •  (0)
  •  (0)