Emin Ağalarov boşandıbackend

Emin Ağalarov boşandı

Emin Ağalarov boşandı…

Xalq artisti Emin Ağalarov həyat yoldaşı Alyona Qavrilovadan ayrılıb.

Hokm.az xəbər verir ki, o, bu barədə şəxsi instaqram hesabında paylaşım edib.

“Bu, həyatımızda, həqiqətən xoşbəxt bir gün idi! Təəssüf ki, hər şey planlaşdırdığımız kimi alınmadı. Birlikdə yaşadığımız hər gün və gözəl qızımız Afinaya görə sənə səmimi qəlbdən minnətdaram! Sən inanılmaz dərəcədə mehriban, xüsusi insansan. Həyatımızda növbəti vacib mərhələ, əlbəttə, övladımızın tərbiyəsidir və biz buna nail olacağıq. Biz birlikdə çox yol qət etdik və sənə ömrüm boyu böyük hörmətim, minnətdarlıq hissim olacaq”, – deyə Ağalarov qeyd edib.

Qeyd edək ki, Emin Ağalarov Alyona Qavrilova ilə 2018-ci il iyul ayında ailə qurmuşdu.

 

  •  (0)
  •  (1)