“Emiland”in sahibinin xanımı vəfat etdibackend

“Emiland”in sahibinin xanımı vəfat etdi

Tanınmış iş adamı, “Emiland” modalar evinin rəhbəri Hikmət Hüseynova ağır itki üz verib.

Hokm.az qafqazinfo-ya istinadən xəbər verir ki, biznesmenin həyat yoldaşı Pərvanə Hüseynova vəfat edib.

O, ötən gün dünyasını dəyişib. P. Hüseynovanın uzun müddətdir xərçəngdən əziyyət çəkdiyi bildirilir.

Mərhum “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

  •  (0)
  •  (0)