Əməkhaqqıları artırılır? – Prezidentin köməkçisindən AÇIQLAMAbackend

Əməkhaqqıları artırılır? – Prezidentin köməkçisindən AÇIQLAMA

Karantin rejiminin yumşaldılmasından sonra iqtisadiyyatın nə dərəcədə canlanmasını görmək üçün ümumdaxili məhsulun artımına baxmaq lazımdır.

Hokm.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

O bildirib ki, hazırda əməkhaqqılarının artımına baxılır.

“Əməkhaqqılarının artması tələbatı da artırır. Əhali bununla daha çox xidmətlərdən və malların alınmasından istifadə edəcək ki, bu da iqtisadiyyatın inkişafına təkan verəcək”, – deyə o əlavə edib.

Prezidentin köməkçisi 2022-ci il büdcə layihəsinin Milli Məclisə daxil olduğunu da xatırladıb.Oxu.Az

  •  (0)
  •  (0)