Əməkhaqları və pensiyalar nə qədər artacaq? – RƏQƏMLƏR AÇIQLANDIbackend

Əməkhaqları və pensiyalar nə qədər artacaq? – RƏQƏMLƏR AÇIQLANDI

Gələn il yanvarın 1-dən dövlət və özəl sektorda çalışanların əməhaqqısı 20%-dən az olmayaraq artırılacaq.
Hokm.az xəbər verir ki, bu haqda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Xəzər xəbər”ə müsahibəsi zamanı bildirib.

Onun sözlərinə görə, 2022-ci ilin dövlət büdcəsi zərfi təsdiq edilib. Ora daxil edilən sənədlərdən biri də minimum əməkhaqqının artırılması ilə bağlıdır. Qanunvericiliyə əsasən, minimum əməkhaqqının artırılması ilə əlaqədar muzdlu əməkhaqqı çərçivəsində yəni vahid tarif cədvəli üzrə bütün çalşanların maaşı artırılacaq:
“700 minə yaxın insan dövlət büdcəsində maliyyələşən təşkilatlarda, 400 mindən artıq insan isə özəl sektorda vahid tarif cədvəli üzrə çalışır. Bu insanların hamısının əməkhaqqı artacaq. Artımlar müxtəlif faizlərlə olacaq. Lakin ən az 20% artım gözlənilir. Əmək müqaviləsi ilə çalışan bütün özəl və dövlət sektorundakı işçilərin maaşı artırılacaq”.
  •  (1)
  •  (1)