Əməkdar rəssam Rafael Abbasov vəfat edibbackend

Əməkdar rəssam Rafael Abbasov vəfat edib

Əməkdar rəssam Rafael Abbasov vəfat edib.

Bu barədə APA-ya rəssamın oğlu Rəşad Abbasov məlumat verib.

O, atasının ürək xəstəliyindən əziyyət çəkdiyini, bu gün günorta saatlarında vəfat etdiyini bildirib.

Rəssam bu gün, Maştağa qəsəbə qəbiristanlığında dəfn olunacaq.

Rafael Abbas oğlu Abbasov 1943-cü ildə Bakıda anadan olub. 1960 -1965-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini, 1968 -1974-cü illərdə M. Əliyev adına Azərbaycan Dövlət Universiteti bitirib. 1979-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü, 1967-ci ildən Respublika və Beynəlxalq sərgilərin iştirakçısı olub.

2006-cı ildə Əməkdar rəssam fəxri adına layiq görülüb.

Əsərləri Almaniya, ABŞ, Meksika, Niderland, Avstriya, Rusiya, İngiltərə, Fransa, Türkiyə, Yaponiya, Cənubi Koreya, Şri-Lankada nümayiş etdirilib. Əsərləri Azərbaycan, Almaniya, ABŞ, Meksika, Koreya, Kanada, Cənubi Koreya, Türkiyə, Özbəkistan, Latviya, Belarus, Rusiya qalereyasında və şəxsi kolleksiyalarda saxlanılır.

  •  (1)
  •  (1)