Şahbaz Muradov: «Azərbaycan elmi bu saxtakarlardan, yalançılardan, kinlilərdən və paxıllardan, doktorluq dissertasiyası itkin düşənlərdən, vəzifə tutan kimi alim olanlardan… təmizlənməlidir!»
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, «Şöhrət» ordenli, iqtisad elmləri doktoru, professor Şahbaz Muradov Azərbaycan elminin bu günkü mənzərəsini təhlil edən geniş məqaləsini «Təzadlar» qəzetinə təqdim edib. «Bir daha «Bizə hansı Ali Attestasiya Komissiyası lazımdır?» sualına cavab axtarışlı mülahizələr» başlıqlı məqaləsində tanınmış alim “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərziliyə müraciətlə yazır: «Hörmətli Asif müəllim! Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin “21” iyun 2019-cu il tarixli sərəncamı ilə görkəmli iqtisadçı alim, professor Famil Mustafayevin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Sədri vəzifəsinə təyin edilməsi bir daha ölkə başçısının haqqın, ədalətin yanında olduğunu təsdiq etdi və dövlətçiliyimizin, həqiqətin və qətiyyətin təntənəsi oldu. Bu münasibətlə həmkarım professor Famil Mustafayevi bir daha səmimi qəlbdən təbrik edir, bu çətin, məsul və şərəfli vəzifədə ona böyük uğurlar arzulayıram».
Tanınmış alim daha sonra yazır: «Nəzərə alaraq ki, “Təzadlar” qəzeti dövlətçiliyimizin mövqeyindən çıxış edərək son illərdə Ali Attestasiya Komissiyasında baş vermiş bəzi neqativ halların ictimailəşdirilməsində və ölkə başçımıza çatdırılmasında mühüm rol oynamışdır, izin verin Sizin qəzetiniz vasitəsi ilə möhtərəm prezidentimiz İlham Əliyev cənablarına etimad göstərib professor Famil Mustafayevi Ali Attestasiya Komissiyasının sədri vəzifəsinə təyin etdiyi üçün bir elm xadimi kimi öz adımdan və çoxsaylı iqtisadçı alimlərimiz adından ürəkdən təşəkkür edim, ona möhkəm cansağlığı və doğma vətənimiz Azərbaycanımızın inkişafı naminə bundan sonra da böyük uğurlar diləyim».
Akademikin kokret faktlar əsasında yazılmış geniş təhlilli məqaləsini «Təzadlar» qəzetinin növbəti sayında oxuya biləcəksiniz.
-Elmi işi plagiat olan elmlər doktorları kimlərdir, onlar hansı ölkədə müdafiə ediblər?
-Qızı həkim olduğu halda, özünün sədr olduğu Müdafiə Şurasında ona iqtisadiyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alan akademik kimdir?
-Gəncədə və BDU-da iqtisadiyyat sahəsindəki Müdafiə Şurasında müdafiə edənlər (xüsusən də elmlər doktorları) kimlərdir, onların dissertasiya işləri və referatları yoxlanılsa, hansı faktlar ortaya çıxardı? Prezident yanında AAK yeni «Əsasnamə»sinə uyğun olaraq belə bir araşdırmanı nə vaxt aparacaq?
-SSRİ dağılandan sonra kimlər Rusiyada, Ukraynada, Azərbaycanda, Gürcüstanda, xüsusən də Sankt-Peterburqda saxta doktorluq müdafiə edib? Onların dissertasiyaları niyə Azərbaycanın elmi kitabxanalarından yoxa çıxardılıb? Hansı səbəbdən onların aftoreferatı, dissertasiyası və monoqrafiyası hamıdan gizli saxlanılır?
-Ömründə elmlə məşğul olmayan kimlərdir ki, dövlət vəzifəsi tutan kimi ildırım sürəti ilə elmlər doktoru, professor olur, az qala gündə bir məqaləsi çap olunur, kitabları nəşr edilir? Onlara vəzifə veriləndə elmi istedaddamı verilir?
-Saxta yolla müdafiə edənlər nə üçün həqiqi professorları, elm adamlarını kölgədə qoyur, inkişafına mane olurlar? Bu kinli, paxıl, elmi işi saxta olan vəzifəlilər kimlərdir?
-Belələrini kimlərdir müdafiə edənlər? Kinli, paxıl və yalançı adamlar vəzifə tuta bilərmi? Belələri ölkənin inkişafına arxadan zərbə vurmurlarmı? («Təzadlar”)

Hokm.az