Əməkdar artistin saxlanması ilə bağlı DİN-dən AÇIQLAMAbackend

Əməkdar artistin saxlanması ilə bağlı DİN-dən AÇIQLAMA

Əməkdar artist, muğam ustası Elnarə Abdullayeva karantin qaydalarını pozduğuna görə post-patrul xidməti əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumat yayılıb.

Hokm.az xəbər verir ki, məsələ ilə bağlı DİN-dən redaktor.az-a verilən məlumata görə, E. Abullayevanın saxlanılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. “Elnarə Abdullayeva karantin qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddə ilə protokol tərtib olunub. Lakin saxlanılıb polis bölməsinə aparılması ilə bağlı məlumatlar əsassızdır”.

  •  (1)
  •  (0)