Əməkdar artist rayona getmək istədi – Polislərlə dalaşdıbackend

Əməkdar artist rayona getmək istədi – Polislərlə dalaşdı

Ölkə ərazisində karantin səbəbilə bir neçə aydır ki, Bakıdan digər rayonlara gediş-gəlişdə məhdudiyyətlər var.

Bildirilir ki, ötən günlərdə Əməkdar artist Ruhəngiz Allahverdiyeva sözügedən məhdudiyyətləri nəzərə almayaraq Qubaya yollanmaq istəyib. Lakin onun bu arzusu baş tutmayıb. Sənətçini Bakı-Quba yolunda yerləşən postdan geri qaytarıblar. O buna etiraz edib polislərlə mübahisə yaratsa da, R.Allahverdiyevanın cəhdləri uğursuzluqla nəticələnib.

Qeyd edək ki, bundan öncə də Əməkdar artist Elnarə Abdullayeva bölgələrin birinə yollanmaq istəyib, amma geri qaytarılıb.Mediapost

  •  (0)
  •  (2)