Əməkdar artist DYP-ni sərt tənqid etdi: “Kimdirsə ürəyi istədiyi kimi…”backend

Əməkdar artist DYP-ni sərt tənqid etdi: “Kimdirsə ürəyi istədiyi kimi…”

Əməkdar artist Nigar Şabanova Baş Dövlət Yol Polisi İdarəsindən şikayət edib.

Hokm.az xəbər verir ki, Axşam.az-a açıqlama verən muğam ifaçısı bildirib ki, bir aydır onun idarə etdiyi “Mercedes” markalı avtomobilin dövlət nömrə nişanı başqa maşının da üzərində var:

“1 nömrə eyni vaxtda necə 2 maşında ola bilər? Mənə məxsus olan 90-SE-012 avtomobil nömrəsi “Honda” markalı maşının da üzərində var. Bu günlər ərzində 10 manat, daha sonra isə 40 manat cərimə ödəmişəm. Bir az əvvəl yenə cərimə gəldi. Kimdirsə keflə, ürəyi istədiyi kimi sürür, cərimələrini isə mən ödəyirəm. Yaxşı, mən cərimələri ödəyirəm, bəs bu adam sabah hansısa bədbəxt qəza törətsə, necə olacaq? Buna görə kim cavab verəcək?”.

Sənətçi bildirib ki, Dövlət Yol Polis İdarəsinə şikayət etsə də, problem həll edilməyib:

“Bir neçə dəfə ərizə ilə müraciət etmişəm. DYP-nin vecinə deyil. Məəttəl qalmışam. Belə özbaşınalıq necə baş verə bilər? Bu günlər ərzində heç bir yaxın ətrafımın köməyindən yararlanmadım. Şəxsi əlaqələrimdən istifadə etmədim. Gözləyirəm, görüm, bu məmurlar sıravi bir vətəndaşın şikayətini nə zaman həll edəcəklər? Mənim məmurum mənə vəzifəmə, sosial statusuma görə yox, sadəcə, vətəndaş olduğuma görə hörmət qoymalıdır. Əks halda onlardan məhkəməyə şikayət edəcəyəm”.

  •  (0)
  •  (1)