Əmək mübahisələri necə həll olunmalıdır? – Mediasiya Şurası açıqladıbackend

Əmək mübahisələri necə həll olunmalıdır? - Mediasiya Şurası açıqladı

Əmək mübahisələrini həll etmək üçün işçilər və işəgötürənlər tez-tez məhkəməyə müraciət edirlər. Məhkəmə çəkişməsinin başlaması tərəflər arasında korlanmış dialoqu daha da korlayır. Mübahisənin hər bir addımı konfliktin növbəti mərhələsini labüd edir, nəticədə münasibətlər bərpa olunmayacaq şəkildə zədələnir.

Bəzən işəgötürənlər şikayətlərin əsassız olduğunu və səhvən günahlandırıldıqlarını bəyan edirlər. Mediasiya bu qəbildən mübahisələri tədricən hər iki tərəfin xeyri çərçivəsində görməyə, problemlərin kökündə duran anlaşılmazlığı aradan qaldırmağa və mübahisələrin necə həll ediləcəyi ilə bağlı yollar tapmağa imkan yaradır.

Mediasiya vasitəsi ilə problemlərin həlli həm işçi, həm də işəgötürən üçün faydalı bir yoldur. Mediatorlarımızın iştirakı ilə məxfi şəraitdə aparılan danışıqlarda, hər iki tərəfin real maraqlarını və mənafelərini nəzərə alan razılaşmanı əldə etmək şansı isə çoxdur. Məsələlər məhkəmədənkənar qarşılıqlı razılıqla həll olunduğundan məhkəmə çəkişməsinə ehtiyac qalmır və tərəflər arasında ünsiyyət yaxşılaşdığına görə gələcək əməkdaşlıq imkanları genişlənir.

Bakı şəhərində və regionlarda fəaliyyət göstərən mediasiya təşkilatlarına, mediatorlara və eyni zamanda DOST mərkəzləri vasitəsi ilə müraciət etməklə əmək mübahisələrinizi məhkəmədənkənar mediasiya yolu ilə həll edə bilərsiniz.

Mediasiya Şurası

(012) 1927

  •  (7)
  •  (0)