Elsevər Məmmədov Koronavirusla Mübarizə Dəstək Fonduna ianə edibbackend

Elsevər Məmmədov Koronavirusla Mübarizə Dəstək Fonduna ianə edib

Benelüks Azərbaycanlıları Konqresinin (BAK) prezidenti Elsevər Məmmədov Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

E.Məmmədov Hokm.az-a bildirib ki, hər bir azərbaycanlı dünyanı cənginə alan koronavirusla mübarizədə həmrəylik nümayiş etfirməlidir: “Azərbaycan hökumətinin virusla mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək olmalıyıq, tövsiyələrə riayət etməklə sağlamlığımızı qorumalıyıq”.

Diaspor təşkilatının fikrincə, imkanı çatan hər bir azərbaycanlı cənab prezidentin fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonda ianə etməlidir: “Birlik nümayiş etdirməliyik, həm maddi, həm mənəvi müstəvidə”.

BAK rəhbəri Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
  •  (0)
  •  (0)