Elnur Rzayevin vaksin TƏLAŞIbackend

Elnur Rzayevin vaksin TƏLAŞI

“COVID-19” virusuna qarşı ölkədə tətbiq edilən vaksinasiya prosesi hazırda icra başçılarının ən birinci səmərə “şkala”sına çevrilib. Vaksinasiya zəif aparılan rayonların icra başçıları ən yüksək hökümət dairələri tərəfindən sərt tənqid edilir və bu işlərin sürətləndirilməsi üçün tez-tez ciddi tapşırıqlar verilir.

Xaçmaz rayonunun da siyahının ən alt pillələrində olması icra başçısı Elnur Rzayevi xeyli təlaşa salıb. Məhz elə bu nöqsanlara görə titrək həssaslıqla qoruduğu imicinin kölgədə qalmasına qəzəblənən Elnur Rzayev problemləri kadr islahatları ilə çözmək niyyətindədir. Bu yolla “vaksin marafon”da ön sıralara keçməyi planlaşdıran icra başçısının verdiyi bəzi qərarlar isə rayon ictimaiyyəti tərəfindən bir mənalı qarşılanmır.

Uzun illər Rayon İcra Hakimiyyətinin birinci müavini vəzifəsində çalışan İlhamə Nəzərovanın işdən ayrılmasından xeyli zaman keçsə də icra başçısı hələ də o postu doldura bilmir. Yeni təyin edilən humanitar məsələlər üzrə müavin Günel Nurəddinovanın da işi və idealoji xətti mənimsəməməsi aparatın işində xeyli axsamalara səbəb olur. Hətta əldə etdiyimiz məlumata görə xüsusən prezident administrasiyası olmaqla əlaqəli digər dövlət orqanları ilə olan inzibati “məktublaşmalar”da belə ciddi səhvlərə yol verilir.

Ötən ay 4 belə məktub geri qaytarılıb. Ən ciddi fikir ayrılıqlarına səbəb olan növbəti kadr islahatı isə İcra Hakimiyyətinin İnzibati İdarəetmə və Yerli Özünüidaretmə Orqanları ilə iş şöbəsinin müdiri Emil Tağiyevin işdən kənarlaşdırılması oldu.

Qeyd edim ki, Emil Tağiyev rayonda ən təmiz repitasiyaya sahib olan gənc kadrlardan biri hesab edilirdi. Məhz onun apardığı səmərəli fəaliyyət nəticəsində qısa müddət ərzində rayonun özünüidaretmə orqanlarının fəaliyyəti stimullaşdırıldı və daha səmərəli hala gətirildi. Vaksinasiyanın zəif aparılmasına görə onun işdən uzaqlaşdırılması isə olduqca müəmmalı bir qərar oldu. Prinsip etibari ilə rüşvətə meyilli olmayan və bu vəzifəyə yalnız parlaq zəkası və işgüzarlığı ilə gəlib çatan Emil Tağiyev kimi bir kadrın bu günə qədər ki xidmətləri heçə sayılaraq işdən uzaqlaşdırılması rayon ictimaiyyəti tərəfindən də xoş qarşılanmayıb.

Elnur Rzayev son zamanlar kadr islahatları ilə sanki Qubanın icra başçısı Ziyəddin Əliyevi təkrarlayır. Olduqca lüzumsuz və məntiqsiz səbəbləri əlində əsas tutub ərindən küsüb qaynanasına acıq edən kibirli gəlinlər kimi davranan Ziyəddin Əliyev Qubada icra başçısı olduğu müddətdə ən azı 5 icra strukturuna yetəcək qədər kadr kantingentini darmadağın etdi. Qubada Ziyəddin Əliyevin işdən çıxartdığı elə insanlar var ki, hələ də düz-əməlli bir səbəbini bilmirlər. Elnur Rzayevin ən tragekomik təyinatı isə Xaçmaz rayon MKTB- nə oldu. Zaur Şərifovu bu təsərrüfata rəhbər təyin edib 1 aydan sonra işdən uzaqlaşdırdı.

Ziyəddin Əliyevdən xoş bir fərqi olaraq Elnur Rzayev kadr təyinatları zamanı pul qazanmır. Amma istənilən halda sayı onsuzda az olan yerli kadr potensialından elverişli yararlanmaq lazımdı.7times.az

  •  (0)
  •  (0)