Elmar Qasımovdan ƏMR- BANM-a şöbə rəisi təyin olundubackend

Elmar Qasımovdan ƏMR- BANM-a şöbə rəisi təyin olundu

Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni təyinat olub. BANM-in rektoru Elmar Qasımovun müvafiq əmri ilə Aqşin Kamal Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Tələbəlik illərindən müxtəlif televiziya və dövri mətbuatda jurnalist kimi çalışıb. 2006-cı ildən 2012-ci ilədək Lider televiziyasında Xəbərlər departamentində fəaliyyət göstərib. 2012 – 2020 – ci illərdə isə Xəzər televiziyasında şöbə müdiri, Xəbərlər departamentində redaktor, aparıcı və telekanalın sözçüsü vəzifələrində çalışıb.

Aqşin Kamal 2015 – ci ildə Azərbaycanda KİV – in inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

  •  (0)
  •  (0)