Elmar Musayevdən təşəbbüs: “Gədəbəydə aztəminatlı ailələrə yardım paylanılır” – Videobackend

Elmar Musayevdən təşəbbüs: “Gədəbəydə aztəminatlı ailələrə yardım paylanılır” – Video

Pandemik epidemiyanın  bütün dünyanı, o cümlədən, ölkəmizi də əhatə etməsindən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə virusa qarşı böyük mübarizə tədbirləri həyata keçirilməyə başladı.
Çoxsaylı addımlar fonunda Koronavirusla Mübarizə Fondu yaradıldı, Ölkə rəhbərinin ilk addımı və təşəbbüsü ilə Fonda illik maaşını bağışladı. Bundan sonra ölkə miqyasında xalqın bütün təbəqələrinin maddi bağışları, hədiyyələri, yardımları başladı.
Bunların fövqündə azətminatlı ailələrin maddi vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı dövlət büdcəsindən milyonlarla vəsait ayrıldı. Eyni zamanda isə müxtəlif şəxslər tərəfindən həmin ailələr üçün yardım kampaniyaları start götürdü.
Bu yanaşmanın trendə çevirilidiyi bölgələrimizdən biri də ucqar dağ rayonu olan Gədəbəydir. Tanınmış ictimai fəal Elmar Musayevin ideyası əsasında bir neçə xeyirxah şəxs – həm Rusiyada yaşayan soydaşlarımız, həm də Gədəbəy rayonunda yaşayan xeyirxah şəxslər Prezidentin başlatdığı kampaniyaya qoşularaq, Gədəbəy rayonunda yaşayan aztəminatlı ailələrə yardım göstərməyə başlayıblar.
Qeyd edək ki, karantin rejimi çərçivəsində bu cür addımların atılması ilə bağlı Dövlət başçısı xüsusi təşəkkür etdi, bu addımın  həm dövlət siyasətinə ciddi dəstək olduğunu açıqlamışdı.
  •  (3)
  •  (1)