Elmar Məmmədyarovun oğlu məhkəməlik oldu – 4,5 milyonluq mülkə görəbackend

Elmar Məmmədyarovun oğlu məhkəməlik oldu – 4,5 milyonluq mülkə görə

Nyu-York Mellon Bankının (THE BANK OF NEW YORK MELLON) iddiası əsasında Nyu-York əyalət məhkəməsi (New York County Courts) keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun oğlu Emin Məmmədyarova qarşı vergi davası açıb.

Hokm.az qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.

Onun iddiasına görə, vergi davasına sabiq nazirin oğlunun adına aldığı 4.5 milyonluq mənzillərlə bağlı məlumatlar ictimailəşəndən sonra – 2020-ci ilin oktyabrında start verilib.

Məlumata görə, iddia Riversayd bulvarı, Tramp-Pleysdəki binalarda alınmış mənzillərlə bağlıdır.

  •  (1)
  •  (0)