Elmar Məmmədyarov uzun müddət sonra ilk dəfə göründü – çəki itirib, saçları ağarıbbackend

Elmar Məmmədyarov uzun müddət sonra ilk dəfə göründü – çəki itirib, saçları ağarıb

Bu gün sabiq xarici işlər naziri Elmar Məmmədyarov AFFA İcraiyyə Komitəsinin iclasında iştirak edib. Onun ciddi şəkildə arıqlaması cəmiyyətdə müzakirələrə səbəb olub. Belə ki, insanlar sabiq nazirin hansısa xəstəlikdən əziyyət çəkdiyini iddia ediblər.
Məsələ ilə bağlı Elmar Məmmədyarov “Unikal”a açıqlamasında heç bir xəstəlikdən əziyyət çəkmədiyini bildirib:
“Uzun müddətdir idmanla məşğulam. Şükür Allaha, səhhətimlə bağlı hər hansı bir problemim yoxdur. İdmanla məşğul olduğum üçün 10 kiloqram arıqlamışam. İdmanla məşğul olmağı çox sevirəm. Sadəcə işlədiyim dövrdə idmanla məşğul olmağa vaxtım qalmırdı. Amma indi boş zamanım var və onu dəyərləndirirəm”.
  •  (0)
  •  (0)