Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Elmar Məmmədyarovun xarici işlər naziri vəzifəsinə təyin edilməsindən 16 il keçir.
Elmar Məmmədyarovun nazir olaraq fəaliyyəti cəmiyyətdə birmənalı olaraq qarşılanmayıb. Son vaxtlar Məmmədyarovun fəaliyyəti hətta parlament səviyyəsində çox sərt tənqid olunur. Xüsusi ilə dünya və yerli mətbuata müsahibələrindən sonra cəmiyyət və sosial şəbəkələrdə kütləvi sayda tənqid edilib.
Hokm.az-a daxil olan məlumata görə, yaxın zamanda cənab nazir öz vəzifəsi ilə vidalaşacaq və Milli Məclisin üzvü Səməd Seyidovun xarici işlər naziri təyin olunacağı gözlənilir.
















